00:00:00
Yazar
Admin User
07.11.2025 18:41 153 2 dəq oxuma
Siyasət

Layiq olduğunuzu alacaqsınız

Layiq olduğunuzu alacaqsınız

ABŞ prezidentinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə xüsusi nümayəndəsi Sercio Qor bildirib ki, indi Mərkəzi Asiya ölkələrinin birbaşa Ağ Ev ilə əlaqəsi var:

 

Mövzu ilə bağlı siyasi şərhçi Asif Nərimanlı “İnformator.az”a açıqlamasında bildirib ki, Amerika MBD ilə yaxınlaşmaqla həm də Rusiyaya qarşı güclənir:

 

“Amerikanın MBD ölkələri ilə münasibətlərdə yeni dövr elan etməsi bu istiqamətdə xüsusilə diqqət yetirəcəyi bir məsələdir. Yəni, artıq Amerika bir növ bunu elan edir. Tramp administrasiyası bu istiqamətdə xüsusilə iki addım atıb. Bunlardan birincisi Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasına vasitəçilik etməsidir. Yəni, başqa sözlə, Azərbaycan və Ermənistan arasında sülh sazişi ilə bağlı mühüm anlaşmalar əldə edilib. Bu, bir növ Cənubi Qafqazda –yəni, MBD ölkələri içərisində olan, iki ölkə arasında Amerikanın sıx əlaqələrinin formalaşmasından xəbər verir. Ən çox da bunun Ermənistan və Azərbaycanla başlanması isə Amerikanın MBD ilə bağlı strategiyasında ilk mühüm addım kimi qeyd oluna bilər. Və təbii ki, Amerika üçün əsas məsələ burada Trip layihəsində- Zəngəzur dəhlizində yer almaqdır. İkinci addım isə Mərkəzi Asiya ölkələrinin “5+1” formatında görüşünün keçirilməsidir. Belə bir görüş keçirilib. “5+1” formatı daha öncə də mövcud olub, Mərkəzi Asiya ölkələri ilə ABŞ arasında münasibətlərin qurulmasında. Amma Tramp bu məsələyə xüsusilə diqqət yetirir və praktik addımları genişləndirir”.

 

Siyasi şərhçi eyni zamanda vurğulayıb ki, Amerika Çinlə strateji mübarizəyə hazırlıq görür:

 

“Nəticə olaraq, Amerikanın MBD-də mövcudluğunun güclənməsi Rusiya ilə mübarizədə Amerikanı gücləndirir. Amma əsas strateji hədəf burada Çindir. Çin, ümumilikdə, Amerikanın əsas geosiyasi rəqibi kimi qəbul olunur. Amerika da bilir ki, Rusiya onun təsis etdiyi dünya sisteminə ciddi təhlükə yaratmır, amma Çin yaradır.
Ona görə də MBD-də güclənməklə Amerika həm Rusiyaya qarşı güclənir ,lakin buna Çinlə strateji mübarizəyə hazırlıq görür.
Hesab edirəm ki, bu istiqamətdə Amerika növbəti dövrdə daha praktik addımlar atacaq”.

 

Zəri Bayramlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər