00:00:00
Yazar
Güllər Gülhüseynova
04.03.2026 21:18 16 2 dəq oxuma
Siyasət

Leyla Əliyeva “Yaşıl enerji layihələri” sessiyasında çıxış edib

Leyla Əliyeva “Yaşıl enerji layihələri” sessiyasında çıxış edib

Martın 3-də Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 4-cü iclası çərçivəsində “Yaşıl enerji layihələri” sessiyası keçirilib.

 

Leyla Əliyeva tədbirdə çıxış edərək Xəzər dənizi probleminə toxunub, bunun ildən-ilə daha çox narahatlıq doğuran məsələ olduğunu bildirib.


"Deməliyəm ki, bu problem təkcə bizi və Xəzər dənizi ilə qonşu olan digər ölkələri narahat etmir. Xəzər dənizi əslində daha geniş qlobal ekosistemin güzgüsüdür. Ona görə də əgər Xəzər dənizi problem yaşayırsa, bu o deməkdir ki, dünya ekosistemi də problem içindədir".

 

Bu barədə Politoloq Məhəmməd Əsədullazadə "İnformator. az" a açıqlamasında bildirib ki,
Azərbaycan yaşıl enerji layihələri istiqamətində də mühüm siyasət həyata keçirir. Hətta Cənab Prezident də Avropaya yaşıl enerjinin çatdırılması üzərində yeddi - səkkiz giqavatlıq bir sistem qurulacağını vurğulayıb . Bu istiqamətdə Qara dənizin altı ilə xətlərin çəkiləcəyi də vurğulanıb:


"Azərbaycan bu müstəvidə kifayət qədər siyasət həyata keçirir. Yaşıl Enerjinin Məşvərət Şurası nazirlərinin 4-cü iclası və bundan əvvəlki iclaslarından da göründüyü kimi, Azərbaycanın bu istiqamətdə strategiya planı var. Azərbaycan təbii ehtiyat yataqları ilə yanaşı həmçinin,yaşıl enerjidən də istifadə etməyə çalışır. Bu müstəvidə Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri ilə də əməkdaşlıq edir. Azərbaycanın yaşıl enerji sahəsində siyasəti və Avropanın Azərbaycana böyük diqqəti daha da artırılacaq. Azərbaycan hətta Cənubi Qafqazda təkcə ənənəvi enerji layihələrindən deyil, həmçinin yaşıl enerjidən də istifadə edir".


Aysun Xanatova

#baki #azərbaycan #gündəm #leyla
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər