00:00:00
Yazar
Səadət Əlizadə
13.07.2026 10:45 125 2 dəq oxuma
Prezident Gündəliyi

lham Əliyev: Qonşularla əlaqə olmadan tranzit ölkə olmaq mümkün deyil

lham Əliyev: Qonşularla əlaqə olmadan tranzit ölkə olmaq mümkün deyil

"İnformator.az" xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində deyib.

 

Dövlət başçısı bildirib ki, Azərbaycan, bu mənada, qonşularla əlaqələrini qurub:

 

"Eyni zamanda, geniş şəkildə Avrasiyada beynəlxalq əməkdaşlıq qurmağı bacarmışıq. Bunu biz Şərq, Qərb və Şimal və Cənub hissələrində qurduq və prosesə rəhbərlik etdik. Enerji layihələrimizi də bu dövrdə həyata keçirdik, bir sözlə, Azərbaycan çoxtərəfli beynəlxalq əməkdaşlıq qurub".

 

İlham Əliyev: Azərbaycan Avropa Şurasından tam çıxmağı nəzərdən keçirir

 

Bunu Prezident İlham Əliyev Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

 

Dövlət başçısı qeyd edib ki, Avropa Şurasının Parlament Assablemsiyasına burada başqa bir mənzərə var:

 

"Mən təəssüf edirəm ki, belə bir hal baş verib. Vaxtilə mən 2001-ci ildə Azərbaycan Parlamentində üzv olduqda nümayəndə heyətinə rəhbər idim. İki il orada çalışdım. Orada il ərzində 4 sessiya keçirildi. Mənim üçün bu xoşa gəlməz hadisəsi idi. 2023-cü ildə biz öz legitim hüququmuzdan istifadə edərək seperatçıların əlində qalan torpaqlarımızı işğaldan azad etdik. Lakin Azərbaycanı cəzalandırmaq üçün qətnamələr qəbul etdilər".

 

İlham Əliyev: "907-ci düzəliş" ermənipərəst senatorlar tərəfindən irəli sürülmüşdü

 

Bunu Prezident İlham Əliyev Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində deyib.

 

Prezident bildirib ki, Bayden də (eks ABŞ prezidenti -red.) məhz onlardan biri olub, buna görə də Azərbaycan Bayden administrasiyası zamanı çətinliklərlə üzləşib:

 

"Bu səbəbdən Azərbaycan ABŞ-nin maliyyə yardımından məhrum edilmişdi. Təəssürat belə yaradılmışdı ki, Azərbaycan Ermənistana qarşı blokada yaradırdı, bu isə həqiqətə uyğun deyildi".

#lham #mümkün #baki #ölkə #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər