00:00:00
Yazar
Admin User
19.09.2025 15:18 210 1 dəq oxuma
Siyasət

Əli Əsədov bu türk ölkəsində səfərdədir

Əli Əsədov bu türk ölkəsində səfərdədir

Azərbaycanın Baş naziri Əli Əsədov Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin hökumət başçılarının görüşündə iştirak etmək üçün Qırğızıstana səfərə gedib.


Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanın həm Qırğızıstan, həm də digər türkdilli ölkələrlə sıx əlaqələri, yaxın münasibətləri var:


“Bu münasibətlər davamlı şəkildə inkişaf etməkdədir. Türk Dövlətləri Təşkilatının üzvləri olan dövlətlərlə ölkəmizin yüksək səviyyəli münasibətlərinin inkişafı bu birliyi daha da möhkəmlədir. Türk dünyasının siyasi birliyi, iqtisadi və başqa sahələrdəki əlaqələrinin yüksəlməsi üçün dövlət başçılarının görüşü təbiidir və bu kimi görüşlər münasibətlərin sıxlaşmasına səbəb olur. Azərbaycanın Baş Naziri Əli Əsədovun Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hökumət başçılarının görüşündə iştirak etmək üçün Qırğızıstana səfəri Azərbaycanın bu ölkəyə və təşkilata verdiyi önəmi göstərir. Türk dövlətlərinin birliyi, bu birliyin sayəsində iqtisadi, siyasi, mədəni, ticari və başqa sahələrdəki əlaqələrimizin genişlənməsi müsbət haldır. Türk dünyasının siyasi birliyi və inkişafı üçün belə görüşlərin mütəmadi şəkil alması xarakterikdir”.

Aytac İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər