00:00:00
Yazar
Admin User
05.08.2025 07:09 139 1 dəq oxuma
Siyasət

Əli Əsədov gürcü hamkarı ilə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığını müzakirə edib

Əli Əsədov gürcü hamkarı ilə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığını müzakirə edib

Türkmənbaşı şəhərində işgüzar səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədov gürcüstanlı həmkarı İrakli Kobaxidze ilə görüşüb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

 

Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Gürcüstanın Baş nazirinə çatdırıb.

 

İrakli Kobaxidze Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.

 

Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyəsindən məmnunluq ifadə olunub, qarşılıqlı faydalı əməkdaşlığın ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, energetika, humanitar və digər istiqamətlərdə genişləndirilməsi ilə bağlı məsələlər nəzərdən keçirilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər