00:00:00
Yazar
Admin User
23.10.2025 17:53 178 2 dəq oxuma
Siyasət

Əli Əsədovun Tbilisiyə səfəri çərçivəsində qapalı görüş keçirilib

Əli Əsədovun Tbilisiyə səfəri çərçivəsində qapalı görüş keçirilib

Tbilisidə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında qapalı görüş keçirilib. Görüş zamanı iki ölkə arasında iqtisadi, tranzit və regional əməkdaşlıq məsələlərinin müzakirə olunduğu bildirilir.

 

Məsələ ilə bağlı politoloq Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, qapalı formatda keçirilən görüşdə iki dövlət arasında iqtisadi, tranzit və strateji əməkdaşlıq məsələlərinin müzakirə olunduğu bildirilir:

 

 

"Bildiyiniz kimi, Azərbaycanın Baş naziri cənab Əli Əsədovun Tbilisiyə rəsmi işgüzar səfəri həyata keçirilir. Belə ki, cənab Əsədov Gürcüstan paytaxtında keçirilən 5-ci Tbilisi İpək Yolu Forumunda iştirak edir. Səfər çərçivəsində onun Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşü də baş tutub. Bu görüş, həmçinin, 8 avqustda Vaşinqtonda keçirilən Azərbaycan-Ermənistan danışıqlarından sonra iki ölkə arasında sülh sazişinin imzalanması istiqamətində atılan addımların və regional infrastruktur layihələrinin müzakirə olunduğu bir dövrə təsadüf edir. Prezident İlham Əliyevin Ermənistana məxsus tranzit yüklərinin Azərbaycan ərazisindən rüsum alınmadan keçməsinə dair fərmanı da bu prosesin mühüm mərhələlərindən biridir. Bunun fonunda Ermənistan rəhbərliyinin və Türkiyə dövlət xadimlərinin Zəngəzur dəhlizinin gələcəkdə Bakı-Tbilisi-Qars xəttinə birləşdirilməsi barədə verdikləri açıqlamalar xüsusi diqqət çəkir. Qapalı formatda keçirilən görüşdə iki dövlət arasında iqtisadi, tranzit və strateji əməkdaşlıq məsələlərinin müzakirə olunduğu bildirilir. Azərbaycan və Gürcüstan müxtəlif beynəlxalq platformalarda birgə fəaliyyət göstərir, eləcə də iki ölkənin hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq planları mütəmadi olaraq həyata keçirilir. Görüş bağlı qapılar arxasında baş tutduğundan, mətbuata geniş açıqlama verilməyib. Hazırda məlum olan faktlar yalnız bu istiqamətdədir".

 

Güllər Gülhüseynova

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər