00:00:00
Yazar
Admin User
27.06.2025 18:11 147 1 dəq oxuma
Dünya

Liderlərlə görüş keçirmək üçün müttəfiqlərimizlə işləyirik

Liderlərlə görüş keçirmək üçün müttəfiqlərimizlə işləyirik

Ukraynanın Müdafiə naziri Rüstəm Umerov bildirib ki, Rusiya-Ukrayna müharibəsinin sona çatdırılması üçün liderlərin bir araya gəlməsinə dair müttəfiq ölkələrlə iş aparırlar.

Umerovun sosial şəbəkə hesabında paylaşdığı məlumata görə, xarici və yerli jurnalistlər üçün mətbuat konfransı təşkil olunub.

 

Müdafiə naziri Umerov konfrans zamanı Ukraynanın davamlı və ədalətli sülhün əldə olunması üçün gördüyü işlər barədə jurnalistlərə məlumat verib.

O qeyd edib ki, Rusiya-Ukrayna müharibəsinin sona çatdırılması məqsədilə liderlər arasında görüşün keçirilməsi üçün işlər aparılır:

 

“Liderlər səviyyəsində bir görüşün təşkili üçün müttəfiqlərimiz, xüsusilə də ABŞ ilə əməkdaşlığı davam etdiririk”,– deyə Umerov bildirib.

 

O həmçinin Ukraynanın daimi atəşkəsin əldə olunmasını və “hamıya qarşılıq, hamı” prinsipi ilə əsir mübadiləsinin həyata keçirilməsini dəstəklədiyini vurğulayıb:

 

“Ukrayna öz mövqeyində ardıcıllığını qoruyur. Daimi atəşkəs və hamıya qarşılıq, hamı dəyişmə prinsipini dəstəkləyirik”, – deyə o əlavə edib.

 

TRT XƏBƏR 

Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər