00:00:00
Yazar
Admin User
12.11.2025 16:26 150 2 dəq oxuma
Siyasət

Litva hibrid hücumlara görə Belarusa etiraz edib

Litva hibrid hücumlara görə Belarusa etiraz edib

Belarus səfirliyinin nümayəndəsi Litva Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Mövzu ilə əlaqədar “İnformator.az”a açıqlamasında sabiq millət vəkili Yusif Bağırzadə bildirib ki, hazırda Litva ilə Belarusiya arasında münasibətlər kifayət qədər gərgin həddə çatıb:


“Belə ki, Litva hökuməti Belarusiyanı Litva hökumətinə qarşı hibrid müdafiədə ittiham edir bu artıq mütəmadi xarakter alır. Bunla əlaqədar Amerikanın Belarusiya üzrə xüsusi nümayəndəsi Djon Koul ilə görüşüb. Görüş əsasında tərəflər vəziyyəti müzakirə ediblər. Litvanın Xarici İşlər Nazirliyi Belarusiyadakı hədəflərini mütəmadi olaraq Litvanın hibrid hücumuna məruz qalması ilə əlaqələndirib və bununla bağlı ABŞ-nin və NATO-nun yardımını istəyib. Belarusiyaya qarşı sanksiyaların tətbiqinin daha da sərtləşdirilməsini tələb edib belə ki, bu gün də Belarusiyaya qarşı sanksiyalar davam edir. Hibrid müharibə açıq hərbi müdaxilə olmadan həmin dövlətin kiber hücuma məruz qalması, aviasiya və terrorizm istiqamətində hibrid hücumlara məruz qoyulması və digər məsələləri ehtiva edir. Litva ərazisində dronların təhlükəsizliyinə qarşı təhdidlər mövcuddur. Bu, Litva dövlətinin internet kanallarına və kommunikasiya infrastrukturlarına qarşı təhdiddir. Bununla əlaqədar fikir mübadiləsində Djon Koul ABŞ-nin xüsusi nümayəndəsi olaraq buna diqqət yetirəcəyini və Litvaya lazım olan köməyin ABŞ-nin göstərəcəyini qeyd etmişdir. Bu gün ABŞ çalışır ki, Belarusiyadakı siyasi məhbusların azadlığını təmin etsin yəni danışıqlar gedir Belarusiya ilə ABŞ arasında. Birinci dəfə Djon Koulun Belarusiyaya səfəri zamanı bir neçə məhbus və amerikan vətəndaşı azad olub, indiki halda da sonraki danışıqlar əsasında bir neçə yüz məhbusun azad olunmasından söhbət gedir. Hibrid müharibə açıq hərbi müdaxilə olmadan bir dövlətin digər dövlətə qarşı tətbiq etdiyi başqa təcavüz metodlarıdır. Məsələn, kiberhücumlar, interneti sıradan çıxarmaq, kəşfiyyat tədbirlərinin görülməsi, hava limanlarının uçuş rejimində təyyarələrin vəziyyətinin gərginləşdirilməsi və digər məsələlər bu anlayışa daxildir”.

 

Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər