00:00:00
Yazar
Admin User
10.06.2025 08:49 142 1 dəq oxuma
Dünya

Litva "Leopard" tanklarının ölkə daxilində yığılmasına başlaya bilər

Litva "Leopard" tanklarının ölkə daxilində yığılmasına başlaya bilər

Litva Almaniyadan sifariş etdiyi “Leopard” tanklarının ölkə daxilində yığılmasını planlaşdırır. Bu barədə Baltikyanı respublikanın müdafiə naziri Dovile Şakalen BNS agentliyinə açıqlamasında məlumat verib.

 

"Yaxın həftələrdə tank istehsalçısının nümayəndələrinin Litvaya səfəri gözlənilir. Məqsəd bu texnikanın Litvada yerli müəssisələrdə yığılması ilə bağlı detalların razılaşdırılmasıdır", – deyə nazir bildirib.

 

Şakalenin sözlərinə görə, yay aylarında Litva zirehli texnikanın alınması üzrə müqavilə çərçivəsində avans ödənişi həyata keçirəcək. “Bu addım bizə tankların əldə olunması prosesini təxminən 4 il sürətləndirməyə imkan verəcək",– deyə Şakalen əlavə edib.

 

Mənbə :Caliber 

Aytən Ağazadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər