Litva Prezidenti Belarus məhsullarının Kalininqrada tranzitinin qadağan olunacağını bildirib
Rəsmi Vilnüs Belarus məhsullarının Litva ərazisindən Rusiyanın Kalininqrad vilayətinə tranzitinə qadağa qoyulmasını nəzərdən keçirir.
"İnformator.az”ın TASS-a istinadən məlumatına görə, bu barədə Litva Prezidenti Gitanas Nauseda jurnalistlərə bildirib.
Nauseda vurğulayıb ki, söhbət Rusiya yüklərindən deyil, Belarusda istehsal olunan mallardan gedir. O bildirib ki, tranzit qadağası ciddi təzyiq vasitəsidir.
O, həmçinin Minskə qarşı sanksiyaların genişləndirilməsini də istisna etməyib: "Aİ məhdudiyyətləri kalium gübrələrinə tətbiq olunur, lakin bu, azot gübrələrinə şamil edilmir."
Litva daha əvvəl Qərb sanksiyalarının bir hissəsi olaraq kalium gübrələri də daxil olmaqla Belarus yüklərinin tranzitini dayandırıb.