Litva və Ermənistan əməkdaşlıq memorandumu imzalayıblar
Vilnüsdə keçirilən görüşdən sonra Litva və Ermənistan respublikalarının xarici işlər nazirləri Qabrielius Landsbergis və Ararat Mirzoyan arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu barədə Sputnik Litva Telegram kanalı məlumat yayıb.
İmzalanan sənəd Avropa İttifaqı (Aİ) ilə bağlı məsələlərdə ölkələr arasında əməkdaşlığı nəzərdə tutur.
"Biz Ermənistan vətəndaşları üçün Aİ-yə vizasız gediş-gəlişin açılması məqsədi ilə Aİ-nin Ermənistanla viza dialoqunun tez başlamasını dəstəkləyirik", - Landsbergis bildirib.
İrəvanda Ermənistan və Litva xarici işlər nazirlərinin görüşünün nəticələrini şərh edərkən qeyd ediblər ki, danışıqlar zamanı nazirlər regional əməkdaşlıq və Avropa İttifaqı çərçivəsində qarşılıqlı fəaliyyətin geniş spektrini müzakirə ediblər.
Bundan əvvəl Ermənistanda Aİ-yə üzvlüklə bağlı dinləmələrin planlaşdırıldığı məlum olub. Bunlar iyunun 21-də ölkə parlamentində keçiriləcək.
Banuçiçək Kalbalıyeva