00:00:00
Yazar
Admin User
12.11.2025 18:06 121 2 dəq oxuma
Siyasət

Livan-Hizbullah-İsrail Gərginliyi: 2024 Atəşkəsi Təhlükədə

Livan-Hizbullah-İsrail Gərginliyi: 2024 Atəşkəsi Təhlükədə

 

Hizbullahın baş katibi Naim Qasım son açıqlamasında hərəkatın silahlarını yerə qoymayacağını və döyüşdən əl çəkməyəcəyini bildirib. O, İsraili Livanın cənubundakı hərbi mövcudluğunu dayandırmağa çağırıb və atəşkəsi pozan tərəf kimi İsraili göstərib. Bu bəyanat, 2024-cü ilin noyabrında əldə olunmuş atəşkəs razılaşmasının davamlılığına dair yeni suallar doğurur.

 

Mövzu ilə bağlı politoloq Abutalıb Səmədov "İnformator.az"a açıqlamasında bildirib ki, 2024-cü ilin noyabrında əldə olunmuş atəşkəs razılaşmasına görə, Livan hökuməti bu ilin sonuna qədər "Hizbullah" təşkilatını tərksilah etmək fikrindədir:

 

"Son günlər Müdafiə Nazirliyi bununla bağlı təşəbbüslə çıxış edib və hökumətə təklif edir ki, ölkədə yalnız rəsmi hökumət qüvvələrində silah ola bilər, digər silahlı qüvvələr isə tərksilah edilsin. İsrail isə tərksilah prosesindən narazıdır. Belə görünür ki, "Hizbullah" silahlanmanı davam etdirir, xüsusilə pilotsuz uçuş aparatlarının sayını artırır. Livan hökuməti də tələb olunan addımları yetərincə atmır. Son günlər İsrail, Livanın cənub bölgələrində evlərdə axtarış aparılmasını tələb edir, amma Livan hökuməti bu tələbi qəbul etməyib. Eyni zamanda, ABŞ-nin Maaliyyə naziri Livanda səfərdə olarkən İranın "Hizbullah"a 1 milyard dollar məbləğində yardım etdiyini və təşkilatın silahlanmaya davam etdiyini bildirib. Bu da Livan hökumətinin nəzərinə çatdırılıb".

 

Politoloq qeyd edib ki, indi isə "Hizbullah"ın baş katibi Naim Qasım tərksilahdan imtina edəcəklərini açıqlayıb:

 

"Bu bəyanat, həm Livanda, həm də regionda gərginliyi daha da artıracaq. İsrail artıq Livanın cənubunda hərbi əməliyyatlara başlayıb, həm hava zərbələri endirilir, həm də quruda əməliyyatlar həyata keçirilir. Bu, Livandakı sabitliyin pozulmasına səbəb olacaq və İsrail-Livan münasibətlərini daha da gərginləşdirəcək. Zamana az qalıb, təqribən iki aya yaxın vaxt var. Bu müddətdə bu cür bəyanatların verilməsi, tərksilahı qeyri-mümkün edən addımların atılması, atəşkəs razılaşmasının pozulması və genişmiqyaslı hərbi qarşıdurmaların başlanması ehtimalını gücləndirir. Böyük ümidlər doğuran bu atəşkəs razılaşması bu cür davam edərsə, reallaşması çətin olacaq".

 

Sura Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər