00:00:00
Yazar
Admin User
02.07.2025 04:45 95 1 dəq oxuma
Dünya

Livan Suriya ilə sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirib

Livan Suriya ilə sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirib

Livan ordusunun komandanlığı ekstremist "İslam Dövləti" qruplaşmasının (İŞİD) təhlükəsi səbəbindən Suriya ilə həmsərhəd rayonlarda nəzarəti gücləndirmək üçün tədbirlər görüb.

 

"İnformator.az" "Teleqraf"a istinadən  xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin “X”də yerləşdirilən  məlumatında deyilir.


"Sabitliyi qorumaq məqsədilə sərhəd ərazisində intensiv patrul həyata keçirilir, əlavə müşahidə qüllələri quraşdırılıb. Silahlı Qüvvələrin komandanlığı Suriya hakimiyyəti ilə daimi təmasdadır və onlarla təhlükəsizlik tədbirlərini koordinasiya edir", - məlumatda bildirilir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər