Livan və İsrail rəsmiləri bu tarixdə Romada görüşəcək
Livan hökuməti iyulun 15-16-da Romada keçiriləcək İsraillə danışıqların növbəti raundunda iştirak etmək üçün nümayəndə heyəti göndərəcək.
"İnformator.az" xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Məlumata görə, belə qərar İsrailin gələn həftənin əvvəlindən Livanın cənubundakı ərazilərdən qoşunlarını çıxarmağa başlayacağını açıqlamasından sonra qəbul edilib. Həmin ərazilərdə Livan ordusunun nəzarəti altında “pilot zonalar” yaradılması nəzərdə tutulur.
Qeyd edək ki, iyunun 26-da Livan və İsrail ABŞ-nin vasitəçiliyi ilə Vaşinqtonda keçirilən beş raundluq danışıqlardan sonra çərçivə sazişi imzalayıb. Razılaşmaya əsasən, Livan ordusu ölkə ərazisində tam suveren nəzarəti bərpa etməlidir.