00:00:00
Yazar
Admin User
27.05.2025 18:16 161 1 dəq oxuma
Dünya

Liverpulun çempionluq qeyd etməsi zamanı dəhşət

Liverpulun çempionluq qeyd etməsi zamanı dəhşət

İngiltərə Premyer Liqasında çempion olan Liverpulun qeyd etmələri zamanı bir sürücünün avtomobili ilə izdihamın arasına girməsi nəticəsində 47 nəfərin yaralandığı, yaralılardan 27-nin xəstəxanaya yerləşdirildiyi bildirildi. Polis hadisənin terror aktı kimi qiymətləndirilmədiyini açıqlayıb.

 

İngiltərədə Liverpul futbol komandasının çempionluq qeyd etmələri zamanı bir sürücünün avtomobili ilə izdihamın arasına girməsinin ardından hadisənin nəticələri dəqiqləşib. Şimali Qərb Təcili Yardım Xidmətindən verilən açıqlamada hadisədə 47 nəfərin yaralandığı, onlardan 27-nin xəstəxanaya aparıldığı bildirilib.

 

Merseyside Yanğın Xidməti 1-i uşaq olmaqla 4 nəfərin avtomobilin altında sıxışdığını açıqlayarkən, heç bir itkinin olmadığı qeyd edilib.

 

 

Merseyside polisindən verilən açıqlamada hadisənin terror aktı kimi qiymətləndirilmədiyi bildirilib və “İnsanlardan xahiş edirik ki, bu axşam Liverpool şəhər mərkəzində, Water küçəsində baş verən hadisənin şərtləri barədə fərziyyələr yürütməsinlər. Saxlanılan şəxsin Liverpool bölgəsindən 53 yaşlı Britaniya vətəndaşı kişi olduğunu təsdiqləyə bilərik”- deyilib.

 

 

 

Haber Global

Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər