00:00:00
Yazar
Admin User
03.07.2025 16:48 199 1 dəq oxuma
Siyasət

Əliyev və Paşinyan yenidən görüşə bilər

Əliyev və Paşinyan yenidən görüşə bilər

 

Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan Baş naziri Nikol Paşinyanın iyulun sonunda Dubayda görüşməsi gözlənilir. Bu barədə məlumatı “Middle East Eye” nəşri öz mənbələrinə istinadən yayıb. Görüş zamanı tərəflərin sülh sazişi layihəsini müzakirə edəcəyi bildirilib. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ev sahibliyi edəcəyi bu görüş regionda sülh prosesinə yeni töhfə verməsi baxımından önəm daşıyır. Qeyd edək ki, liderlər sonuncu dəfə may ayında Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa Siyasi Birliyinin Zirvə Toplantısı çərçivəsində görüşüblər.

 

Mövzu ilə bağlı politoloq Sədrəddin Soltan “İnformator.az”a açıqlamasında bildirib ki, Dubayda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüşlə bağlı hələlik rəsmi açıqlama verilməyib:

 

“Məlumatlar əsasən xarici mediada yer alır. Bütün hallarda rəsmi Bakı Ermənistan rəhbərliyi ilə vasitəçisiz, birbaşa görüşlərin keçirilməsinin təşəbbüskarıdır və bu formatda danışıqlarda maraqlıdır. Görüşün baş tutması Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində atılan növbəti addım sayıla bilər. Bu, eyni zamanda Cənubi Qafqazda sabitlik və təhlükəsizliyə töhfə verə bilər”.

 

Politoloq qeyd edib ki, Azərbaycan-Ermənistan münasibətlərində gərginliyi artırmaq istəyən və prosesi pozmağa çalışan dairələrə qarşı bu cür birbaşa təmaslar müəyyən mənada təsir göstərə bilər:

 

“Azərbaycanın Ermənistan qarşısında irəli sürdüyü şərtlərin xüsusən Ermənistan Konstitusiyasının dəyişdirilməsi və Qərbi azərbaycanlıların hüquqlarının pozulması ilə bağlı məsələlərin gündəliyə gətirilməsi üçün təkan verərdi”. 

 

Əminə Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər