00:00:00
Yazar
Admin User
06.03.2023 10:52 297 1 dəq oxuma
Yoxdur

Lotoreyadan 913 min qazanan şəxs pulları nə edəcək?

Lotoreyadan 913 min qazanan şəxs pulları nə edəcək?

Xəbər verdiyimiz kimi, Azərbaycanda lotereya tarixində ən böyük uduş qazanılıb. Tarixi uduş Azərbaycanın qanuni lotereya təşkilatçısı "Azərlotereya” ASC-nin təşkil etdiyi "4+4” tirajlı lotereyasının 27 fevralda keçirilən 23091 nömrəli tirajında qeydə alınıb. 

 

 

İNFORMATOR.AZ xəbər verir ki, uduş qazanan şəxs Xaçmaz sakini Kamran Məmmədsəidovdur. O 913 072 manatlıq tarixi cekpotun sahibi olub.

 

Şanslı qalib ATV-də yayımlanan "Zaurla günaydın" verilişinə qonaq olub və qazancı nə edəcəyi haqda sualları cavablandırıb.

 

Kamran Məmmədsəidov deyib ki, qazancından 10 min manatı "YAŞAT Fondu"na, 10 min manatı AFAD-a, 10 min manatı isə Heydər Əliyev Fonduna köçürəcək. 

 

O həmçinin deyib ki, kəndlərində məscidi təmir etdirəcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər