Louvre Muzeyinin direktoru istefa ərizəsi yazıb
Fransanın dünyaca məşhur Luvr Muzeyinin direktoru oktyabrın 19-da tarixi eksponatların oğurlanmasının qarşısını ala bilmədiklərini etiraf edərək, istefa ərizəsi yazıb.
Louvre direktoru Laurence Des Cars dünən Senatın Mədəniyyət Komitəsi qarşısında ifadə verib. O, oğruların yeddi dəqiqəlik quldurluğunun muzeyin qeyri-adekvat kameraları kimi bir sıra təhlükəsizlik qüsurlarını üzə çıxardığını bildirdi və hadisəni onlar tərəfindən "böyük uğursuzluq" kimi qiymətləndirib. Des Cars hadisəyə görə "məsuliyyətini qəbul etdiyini" və istefa ərizəsini mədəniyyət naziri Rachida Datiyə təqdim etdiyini, lakin rədd edildiyini bildirib. Des Cars, oğurluq zamanı həyəcan siqnallarının işlədiyini, lakin muzeyin təhlükəsizlik kameralarının çox köhnə olduğunu və oğruların hədəfi olan Apollon Qalereyasını göstərən kameranın fərqli istiqamətə baxdığını bildirib. O, “muzey daxilində polis bölməsinin yaradılmasına” çağırıb.
Parisdə hər gün minlərlə ziyarətçini qəbul edən və təxminən 35.000 əsərin nümayiş olunduğu dünyaca məşhur Louvre Muzeyi oktyabrın 19-u səhər saatlarında oğurlanıb. Tac daşlarının nümayiş olunduğu Apollon Qalereyasından doqquz qiymətsiz əsər oğurlanıb. III Napoleonun arvadı olan İmperator Yevgeninin tacının oğrular tərəfindən qaçarkən düşdüyü güman edilib və sonradan muzeyin qarşısında zədələnən halda tapılıb. Səkkiz tarixi qiymətli ləl-cəvahiratla qaçan dörd oğru 7 dəqiqə ərzində oğurluğu həyata keçirib.
TRT Xəbər
Xədicə Məhərrəmli