00:00:00
Yazar
Admin User
19.05.2025 20:37 231 1 dəq oxuma
Dünya

Luçesku Ukraynaya görə Rusiyaya "yox" deyib

Luçesku Ukraynaya görə Rusiyaya "yox" deyib

Rusiyanın "Zenit" komandasının keçmiş baş məşqçisi Mirça Luçesku Sankt-Peterburq təmsilçisinin 100 illik yubiliyendə iştirak üçün aldığı dəvəti rədd edib.

 

“İnformator.az”  “Golazo.az”ya istinadla xəbər verir.

 

"Mən belə bir işə qarışmaq istəmirəm. Onlara sülh olanda gələcəyimi dedim. Sülh olmasa, gəlməyəcyəm" , - deyə 79 yaşlı rumın mütəxəssis bildirib.

 

 

M.Luçesku Ukraynaya hörmət səbəbindən də bu qərarı aldığını vurğulayıb: "Başa düşdüm ki, bu, böyük əks-səda doğuracaq".

Xatırladaq ki, M.Luçesku 2004-2016-cı illərdə "Şaxtyor Donetsk", 2016-2017-ci illərdə "Zenit", 2020-2023-cü illərdə isə "Dinamo Kiyev"də baş məşqçi olub.

"Zenit" 100 illik yubiliyeni mayın 25-də qeyd edəcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər