Lukaşenko: Belarus istənilən hərbi hücuma dərhal cavab verəcək
Belarus prezidenti Aleksandr Lukaşenko çərşənbə axşamı bildirib ki, ölkəsinə qarşı istənilən hərbi hücuma dərhal cavab veriləcək.
BELTA xəbər agentliyinin məlumatına görə, Lukaşenko mərasimdə bunları deyib: "Hər şey sakitdirsə, heç bir problem yoxdur. O zaman ölkəmizdə hər şey sakit olacaq. Əgər kimsə bizə qarşı silah işlətsə, ona cavab verəcəyik. Biz heç bir xətt çəkməyəcəyik. Rusiyanın malik olduğu minlərlə kilometrlərlə torpaqlarımız yoxdur”.
Görüş 7 May Qələbə Günü münasibətilə keçirilib.
Lukaşenko: "Rusiya xətt çəkib nəyisə gözləyə bilər. Rusiyanı dərhal ələ keçirmək mümkün deyil. Ancaq son müharibə göstərdi ki, Belarus bir ay ərzində mövcudluğunu dayandıra bilər"’,- dedi.
"İndiki vaxtda bunu daha sürətli etmək olar. Ona görə də xətlər yoxdur. Qətiyyən yoxdur. İstənilən hücuma dərhal cavab veriləcək", - Belarus prezidenti əlavə edib.
Mənbə: TASS.com
Tərcümə etdi: Gülnisə Əfkari
