Lukaşenko:"Ukraynaya xoşbəxtliyi yalnız slavyan xalqları gətirə bilər"
Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna Prezidenti Volodimir Zelenskiyə münaqişənin sülh yolu ilə həll olunması üçün danışıqlara başlamağı məsləhət görüb.
Mövzu ilə əlaqədar “İnformator.az”a açıqlamasında politoloq Turan Rzayev bildirib ki, Lukaşenkonun müharibənin bitməsini istəməsi normaldır:
“Amma burada məsələ milli duyğulara və yaxuddaki dini təməllərə əsaslanıb yol xətti təşkil etmək lazımdır. Yəni Lukaşenko sülh bağlayaq deyir amma konkret sülh sazişindən danışıqların motivindən, şərtlərdən danışmır, çünki onun belə bir danışıq aparmaq səlahiyyəti yoxdur. Məsələ ondadır ki, Rusiya tərəfi Ukraynanın 20%-dən çox torpaqlarını işğal edib və bu işğal prosesi davam etməkdədir. Bundan əlavə, Ukraynada yüzlərlə insan həyatını itirir, bir o qədər də ölkəni tərk edirlər. Nəzərə almaq lazımdır ki, Rusiya Ukrayna müharibəsi heçdə dini və yaxud da etnik müharibə deyil, əksinə Rusiya və Ukrayna xalqları eyni etnik kökə malik din, hətta məshəbi belə eyni olan ölkələrdir. Belə bir halda burada sadəcə Putinin siyasi ambisiyaları,şübhəsiz ki, Zelenskinin düzgün balansı qoruya bilməməsi, təcrübəsizcəsinə qərbə inteqrasiyanı seçməsidir. İndi danışıqların başlaması üçün Ukrayna tərəfi demir ki, biz danışıqlara başlamaq istəmirik, istəyirlər amma burada məqsəd ondan ibarətdir ki, Rusiyanın təklifləri sülh danışığında çox qalibin məğlubə diqtəsi başqa cür desək, təslim şərtləridir. Ukrayna isə müharibədə məğlub olmayıb, hələ də müharibə davam edir. Rusiya müharibəyə başlayarkən deyib ki, “Biz bir neçə aya bütün Ukraynanı ələ keçirəcəyik”. Edə bildilərmi? Xeyr. Həm bunu edə bilməyib, həm də maksimalist mövqe sərgiləmək və qalib ədası ilə məğlubiyyətə bərabər təkliflər irəli sürmək əlbəttə ki, prosesdən Rusiya üçün çox da maraqlı olmadığını deməyə əsas verir. Lukaşenkonun müharibəni dayandırmaq istəməsi, səmimi cəhd kimi qəbul etmək olar, çünki müharibə Belarusiyaya da təsir edir. Hər şeydən əlavə, qərblə münasibətləri pozulub, iqtisadi zərərləri var. Lukaşenko belə bir vəziyyətdə əlbəttə ki, problemlərin qarşısını almaq istəyir. Sosial-iqtisadi vəziyyətin pisləşməsi Belarusiyada hakimiyyətə də təsir edir. Ümümi mənada müharibənin dayanılması sülh danışıqları üçün hər iki tərəf konfransa getməlidir. Hesab edirəm, bir müddət öncə Amerika prezidenti Donald Trampın təşrif etdiyi sülh sazişinə danışıqlarına gedilməlidir”.
Səadət Əlizadə