Luvr muzeyindən oğurlanan qızıl-zinət əşyalarının dəyəri məlum olub
Bazar günü səhər saatlarında Fransanın Luvr Muzeyində oğurlanan daş-qaşların ümumi dəyərinin 88 milyon avro (təxminən 4,30 milyard türk lirəsi) olduğu açıqlanıb.
Paris prokuroru Laure Beccuau bildirib ki, bu məlumat muzeyin kuratorlarından gəlib.Oğurluq zamanı səkkiz əşya, o cümlədən iki Napoleonun arvadlarına hədiyyə etdiyi tac daş-qaşları oğurlanıb.
TRT XƏBƏR
Arzu Poladova