00:00:00
Yazar
Zəhra Həsənova
11.08.2026 22:49 23 1 dəq oxuma
Siyasət

Məkkə müqaviləsi və təhdidlər - EKSPERT AÇIQLAYIR

Məkkə müqaviləsi və təhdidlər - EKSPERT AÇIQLAYIR

Yaxın Şərqdə təhlükəsizlik arxitekturası yenidən qurulur. Məkkə müqaviləsinin imzalanmasından sonra İranın bu ölkələri təhdid etməsi, Yəməndəki husilərin Səudiyyə Ərəbistanına həyata keçirdiyi hücumlar təhlükəsizlik balansı məsələsini mürəkkəbləşdirir. Razılaşmanın İranın regional təsir dairəsinin genişləndiyi və Tehran qüvvələrinin Yaxın Şərqdə aktiv qaldığı mərhələdə imzalanması regional reallıqda sənədin mesajını daha da genişləndirir.

 

Mövzu ilə bağlı "İnformator.az" ARB24-ə istinadən bildirir ki, iranlı diplomat Hüseyn Nuşabadi qeyd edib ki, razılaşmanı, əsasən ABŞ-nin bölgədəki birbaşa iştirakının azalması kontekstində nəzərdən keçirmək olar:

 

"Bu müqavilə ABŞ-nin Qərbi Asiya və Fars körfəzində təhlükəsizlik hegemonluğunun süqutunun başlanğıcı kimi qəbul edilir. Gələcəkdə regional dövlətlər arasında əməkdaşlığa əsaslanan yeni regional təhlükəsizlik nizamını regiondan kənar aktorların tətbiq etdiyi güc strukturları əvəz edəcək. Bu isə mövcud təhlükəsizlik və geosiyasi paradiqmanın sonu və Qərbi Asiyanın ABŞ-nin həyati maraqları dairəsindən çıxması deməkdir".

#məkkə #təhdidlər #ekspert #yeni #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər