00:00:00
Yazar
Admin User
29.08.2025 13:10 168 1 dəq oxuma
Sosial

“Müasir dövrdə stres insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib”

“Müasir dövrdə stres insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib”

Müasir dövrdə stres insanların gündəlik həyatının ayrılmaz bir hissəsinə çevrilib. İş, təhsil, sosial münasibətlər və şəxsi problemlər insan psixologiyasına mənfi təsir göstərir. Uzunmüddətli stress isə həm sağlamlığa, həm də həyat keyfiyyətinə ciddi ziyan vurur.


Bu barədə psixoloq Vüsalə Əmiraslanova “İnformator.az” saytına açıqlamasında qeyd edib ki,stres ümumilikdə gərginlik anlamını daşıyır və müasir dövrdə insanların qarşılaşdığı müxtəlif sosial, iqtisadi və şəxsi problemlər bu gərginliyi artırır:


“Son dövrlərdə maddi sıxıntılar, sosial gərginliklər, xəstəliklər, müharibələr ümumi bir sosial gərginliyə gətirib çıxarır. Amma stres faktorları bununla məhdudlaşmır. Bəzən insanlar real həyatdan uzaqlaşaraq sosial mediaya bağlanır. Bu isə münasibətləri zəiflədir, aqressiyanı artırır. Hətta uşaqlar arasında da oyunlara aludəçilik onların psixoloji gərginliyini yüksəldir”.


Əmiraslanova vurğulayıb ki, şəhər həyatında vaxtın azlığı, tıxaclar, uzun növbələr və gündəlik rejimsizlik də stresin əsas mənbələrindəndir:


“Çalışmaq lazımdır ki, hər bir insanın gündəlik rejimi olsun və bu rejimə riayət edilsin. Bu, həm münasibətlərin, həm də iş həyatının daha düzgün tənzimlənməsinə kömək edir”.


Ayan Əsgərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər