Müasir patriarxallığın yeni formaları
Patriarxallıq tarixən kişilərin üstün mövqeyini legitimləşdirən sosial sistem kimi mövcud olub. Lakin müasir dövrdə bu sistem əvvəlki kimi açıq şəkildə görünməsə də, daha gizli, daha yumşaq və daha çətin seçilən formalarla davam edir. Bu yeni formalar sosial normalarda, ailə modelində, karyera münasibətlərində, mediada, hətta psixoloji davranışlarda özünü göstərir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında sosiloq Nailə İsmayılova bildirib ki, dünyada hazırda noyabr ayının 25-dən başlayaraq BMT üzv ölkələrdə qadınlara qarşı zorakılıqla bağlı silsilə tədbirlər həyata keçirilir:
"Qadınlara qarşı zorakılıqla bağlı mübarizə ilə bağlı kompaniyalar təşkil olunur. Mən də artıq neçə gündür ki, bu kompaniyalarda, tədbirlərdə, konfranslarda iştirak edirəm və müxtəlif səpkili qadınlarla bağlı, istər onların iş həyatı ilə, sağlamlığı ilə, ailə institutumuzla bağlı çoxlu müzakirələr gedir və mən də bu bir parçası olaraq çalışıram ki, öz mövqeyimi bildirim. Öz mövqeyimi, müsbət mənada ictimaiyyətə çatdıra bilim. İstər mətbuat vasitəsilə, istərsə də sosial şəbəkələr, eyni zamanda konfranslardakı çıxışlarımla bağlı. Təbii ki, eyni zamanda qadınlar həm də həssas qrupa aid olan bir sosial təbəqədir və təbii ki, ailə institutlarımızda qadınlar və kişilərin rolu çox böyükdür. Uşaqların tərbiyəsində daha çox qadınlarımızın rol oynadığını hər kəs dilə gətirir və düşünürlər ki, əgər ailə institutlarımızda ailələrimizdə doğulan uşaqların istər təhsil baxımından, istər mənəvi inkişaflarında, intellektin inkişafında qadınların böyük rolu var. Əlbəttə ki, qadın cəmiyyətdə mühüm yer tutması ilə bərabər, eyni zamanda el arasında deyildiyi kimi, evin həm də bir sütunlarından biridir. Cəmiyyət olaraq özüm də qadın olduğum üçün demirəm, mən ümumiyyətlə ayrı seçkiliyin tərəfdarı deyiləm. Amma qadın bir zərif, incə məxluq olduğu ilə bərabər, eyni zamanda çox güclü mənəviyyata malik olur. Mən bunu həm öz ailəmdə görmüşəm, həm cəmiyyətə rast gəldiyim çox müxtəlif sahələrdə çalışan xanımlarımızda görmüşəm. Ən bariz nümunə də özümü nümunə göstərə bilərəm. Bunu deməyə də haqqım çatır. Çünki mən dünyaya gətirdiyi iki övladım, iki qız övladım var və onların həyatında mənim çox böyük rolum olub. O mənada ki, mən həm onların atası, həm də anası olmuşam. Bu nöqteyi-nəzərdən mən özümü hansısa bir fikir söyləməyə haqlı bilirəm. Çünki dünyaya gətirdiyim baxıb böyütdüyüm onlara təhsil verdim, eyi zamanda onların yararlı bir insan olmaları üçün əlimdən nə gəlirsə, nə bacarıramsa onu etməyə çalışmışam. Bunu ona görə söylədim ki, ümumiyyətlə şəxsi həyatımla bağlı çox danışmağı sevmirəm. Məlumat verməyi sevməsəm də, amma sualınız istər istəməz məni bu fikirləri söyləməyə, necə deyərlər, bir növ məcbur etdi. Təbii ki, yaxşı mənada. Amma biz əgər bir qadına zərif baxırıqsa, bir qadının güclü olması üçün onun özünün inkişaf etdirməsini də gözdən qaçırmamalıyıq. Çünki qadınlar iş həyatında əgər fikir vermisinizsə, iş həyatına atılan qadınların demək olar ki, əksəriyyətində belə uğurlu alınır. Bəlkə də ola bilər, mən səhv edə bilərəm, amma qərarlı, özünə güvənən, ağıllı, təhsilli xanımlarımız həqiqətən də bu gün əgər biz Azərbaycan cəmiyyətinə baxsaq, çox uğurlu iş qadınlarını mən çox tanıyıram. Hətta belə deyək ki, dövlət qulluğunda çalışan çox bacarıqlı, çox ağıllı, çox işgüzar xanımlarımızı tanıyıram. Əlbəttə, bəzən elə olur ki, nə qədər qadın ağıllı olsa da, nə qədər təhsilli, amma təhsili daha özgüvənli xanımlar olsa da, bəzən bizim gözləmədiyimiz halda elə o qadının qarşısına elə bir insan çıxır və yaxud da ki, öz yaşadığı ailəsində elə bir davranışlar olur ki, bəzən qadınlarımız çox təəssüf ki, bəzilərində ruh düşkünlüyü yaranır, sarsılmış olur. Mən əlbəttə ki, bunu istəməzdim. Əlbəttə ki, xanımlar da o vəziyyətə düşən xanımlar da bunu istəməzdilər. Amma həyatda gözləmədiyimiz halda bizi yaxalayan məqamlar olur. Bu məqamları dəf etmək hətta bəzən böyük çətinliklər yaradır. Bu ya qarşı cins tərəfindən olur, ya onun ailəsi tərəfindən olur, ya da əgər belə lap doğru danışmaq lazımdırsa, bu hətta iş həyatında iş yoldaşları tərəfindən də olur. Bu məqama bağlı olan vəziyyətə bağlı olan ki, hansı ki, qadınlar maneələrlə rastlaşırlar. Əlbəttə, bu maneələri dəf etmək bəzən çox çətin olur, bəzən də heç olmur. Burada əlbəttə ki, qadının iradəsinə bağlı olan məqamları çalışır, o aradan qaldırsın, Çalışır o maneələri əzib keçsin. Amma bəzən şərait yaradılmayanda, o şərait olmayanda müəyyən çətinliklərlə rastlaşır və bu çətinliklər, belə vəziyyətə düşən qadınlarımıza qarşı haqsızlıqların olması, onları sanki həyatdan qoparmağa çalışır. Arzu olunmaz məqamdır əlbəttə ki, mən heç bir qadına belə maneə ilə rastlaşmasını istəmirəm. Amma bizdən asılı bizdən o xanımlarımızdan asılı olmayan məqamları dəf etmək nə fiziki gücə, nə mənəviyyata, nə də özgüvənə bağlı olur. Təbii ki, mən qadınlarımızı ruhdan salmaq istəmirəm. Əzmli olmaq çox gözəl bir şeydir. Çünki əzmli insan əzmli olarkən, ən azından gücü çatan maneələri aşmağı bacarır. Biz, ümumiyyətlə, ailə modelində bəzən hamımız bu mövzuda danışırıq ki, ailədə kişi də var, qadın da var, uşaq da var. Bəzən görürsünüz ki, bəzi ailələrdə əks cinslərin hökmü daha böyük rol oynayır. Əlbəttə ki, bu da onların daxili eqosuna, tərbiyəsinə, mədəniyyətinə, mənəviyyatına bağlı olan bir şeydir. Biz də həyatda rast gəlirik ki, elə ailələrlə rastlaşırıq ki, baxırsan ki, qadın çox gözəldir, çox ağıllıdır, çox gözəl də özgüvəni var. Övladlarına gözəl tərbiyə verir, təhsil verməyə çalışır amma onunla eyni evdə yaşayan əks cinsin nümayəndəsi hər zaman ona mane olmağa çalışır, hətta onun haqlarını əlindən almağa çalışır, onun öz güvənini əlindən almağa çalışır. Əlbəttə ki, biz bu məqamlarda qadınlarımıza dəstək olmaq üçün əlimizdən gələni eləmək istəsək də çox təəssüflər olsun ki, ailələrə daxil olmaq, ailələrə müdaxilə etmək bəzən bizim qarşımızda da çox böyük çətinliklər yaradır".
Gövhər Mehyəddinova
