"Müharibə hələ bitməyib"
İsraillə HƏMAS arasında atəşkəs saat 12:00-da rəsmi şəkildə qüvvəyə minsə də, Baş nazir Benyamin Netanyahu diqqətçəkən açıqlama verib. Netanyahu, İsrail ordusunun geri çəkildiyi və qazililərin (fələstinlilərin) evlərinə qayıtdığı görüntülərə baxmayaraq, “Müharibə hələ bitməyib”,- ifadəsini işlədib.
ABŞ prezidenti Donald Trampın keçən həftə elan etdiyi 20 maddəlik Fələstin-İsrail sülh planının ilk mərhələsini həm İsrail, həm də HƏMAS qəbul edib. Tramp, bu hadisəni sosial media paylaşımında “Bütün girovlar və məhbuslar çox yaxında azad ediləcək, İsrail əsgərləri isə ilk addım olaraq razılaşdırılmış xəttə geri çəkiləcək”,-sözləri ilə duyurub.
İsrail Ordu Radiosunun məlumatına görə, atəşkəs saat 12:00-da rəsmən başlayıb. Atəşkəsin başlanmasından sonra fələstinlilər Qəzza şəhərinə dönməyə başlayıblar. Razılaşmaya əsasən, HƏMAS üzvü 11 məhbus və Əl-Fəth üzvü 11 məhbus azad ediləcək.
Qəzzaya ərzaq və tibbi yardım daşıyan yüzlərlə TIR-ın hər gün bölgəyə girişinə icazə veriləcək. Trampın planına görə bu say gündə 600 TIR olmalıdır, lakin fələstin mənbələri ilkin mərhələdə 400 TIR-la başlanacağını, sonradan sayın artırılacağını bildiriblər. Atəşkəsə nəzarət məqsədilə ABŞ-nin nəzarəti altında təxminən 200 nəfərlik çoxmillətli qüvvə yaradılacaq. Bu qüvvədə Misir, Qətər, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin yer alacağı gözlənilib. ABŞ əsgərlərinin isə Qəzzada yerləşdirilməyəcəyi açıqlanıb.
Haberler.com
Aygün Babayeva