MÜHARİBƏLƏRİN ƏLAMƏTİ HESAB OLUNAN CİHAZLAR
Texnologiyanın sürətlə inkişafı bir çox sahəyə yeniliklər gətirdiyi kimi hərb sahəsindən də yan keçməyib. Xüsusilə Pilotsuz Uçuş Aparatları, döyüş robotları, Süni Zəka texnologiyasından istifadə edilməsi beşinci nəsil müharibələrin əlamətləri hesab olunur. PUA-lar münaqişələrdə insan tələfatını minimuma endirərək qarşı tərəfə daha böyük ziyan verməyi hədəfləyir.
Hərbi ekspert Coşkun Başbuğ qeyd edir ki, "hazırda Yaxın Şərqdə davam edən İsrail-Həmas qarşıdurması dünyanın diqqət mərkəzindədir. Münaqişənin gedişatında önəmli olan məqamlardan biri İsrailin əks-hücum əməliyyatlarında pilotsuz uçuş aparatlarından geniş istifadə etməsidir. İlk dəfə Azərbaycanın Aprel döyüşlərində istifadə etdiyi kamikadze tipli İsrailin istehsalı olan Haroplar 1000 km uçuş məsafəsinə malikdir".
Son dövrlən ən diqqət çəkən Pua-lardan biri Bayraktar TB2-dir. Ölçülərinə görə, Haropdan daha böyük olan TB2, mərmi daşımaq qabiliyyətinə də malikdir. Türkiyə istehsalı olan PUA həm kəşfiyyat, həm də aşkar olunan düşmən hədəflərini məhv etmə imkanları da əsas üstünlüklərindən sayılır. Bayraktar TB2 Atış və ya kəşfiyat apardıqdan sonra geri qayıda bilir.
