"Münaqişə davam etdikcə bağlı hava məkanları açılmayacaq"
Türkiyə İsrailin İrana hücumları ilə bağlı bəzi ehtiyat tədbirləri görüb. İran, İraq, Suriya və İordaniyaya uçuşlar müvəqqəti olaraq ləğv edilib. Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu münaqişə davam etdiyi müddətcə bu ərazilərin mülki uçuşların təhlükəsizliyi üçün bağlı qalacağını bildirib.
Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu 'Yeni Era Connectivity Forum'da çıxış edib.
İsrailin İrana hücumları ilə başlayan qarşıdurmalardan sonra bölgədəki hava məkanının vəziyyəti ilə bağlı suala Uraloğlu, "Hazırda İraq, İran və İsrailin hava məkanları bağlıdır. Suriya kimi bölgədəki digər ölkələrin də hava məkanları da zaman-zaman açılıb bağlanır. Münaqişə davam etdikcə, bu ərazilər də mülki uçuşların təhlükəsizliyini operatorlarımızın şərtləri ilə bağlamağa davam edəcək. Onların o bölgəyə uçuşlar üçün hava məkanı açmasını istəyirik ki, münaqişə prosesi mümkün qədər tez bitsin”.
Türkiyənin mülki aviasiya baxımından daha çox Misir üzərindən bölgə ölkələrinə nəqliyyat təmin etdiyinə diqqət çəkən Uraloğlu, prosesi izlədiklərini və inkişaf edən vəziyyətlərə uyğun tədbir gördüklərini söylədi.
Sözügedən hava məkanlarından edilən uçuşların müddətinin uzadıldığına diqqət çəkən Uraloğlu, "O bölgələrə gedəcək insanların istəyi azalıb. Vəziyyətə görə səfərlər azalır, lakin tələb olunan istəklər yerinə yetirilir. Uçuşlar təhlükəsiz dəhlizlərdən davam edir",-dedi.
“Türkiyə bayraqlı və ya Türkiyəyə məxsus gəmilər üçün lazımi monitorinqlər aparılır” .
Uraloğlu hazırda dənizdə hər hansı isti qarşıdurma olmadığını ifadə edərək, "Türkiyə bayraqlı və ya Türkiyəyə məxsus gəmilər üçün lazımi monitorinqlər aparılır. Hazırda ciddi bir risk yoxdur. İnkişaf etməkdə olan vəziyyətlər barədə məlumat verərək tədbir görülməsini təmin edəcək vəziyyətdəyik",-dedi.
Mənbə: TRT Haber
Xədicə Məhərrəmli