Münaqişə və küçəyə çıxma qadağası xəbərlərini gəldiyi Suriyada nələr baş verir?
2024-cü il dekabrın 24-də Suriyada hakimiyyəti ələ keçirən Heyət Tahrir əş-Şam (HTŞ)-in qurduğu keçid hökumətinin Daxili İşlər Nazirliyi Tartus yaxınlığında “Bəşər Əsəd tərəfdarı qüvvələrlə” baş verən toqquşmada 14 təhlükəsizlik əməkdaşının öldüyünü, 10 nəfərin isə yaralandığını açıqlayıb.
HTŞ, öz əməkdaşlarının Sednaya həbsxanasının keçmiş rəsmisini həbs etməyə çalışarkən pusquya düşdüyünü bildirib.
Böyük Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Təşkilatına (SOHR) görə, Sednaya həbsxanasında pis rəftar və insan haqları pozuntularına görə məsul şəxs Kanjo Həsən tutulub.
SOHR-un məlumatına əsasən, Həsən HTŞ-nin “Hərbi Əməliyyat İdarəsi”nin həyata keçirdiyi genişmiqyaslı təhlükəsizlik əməliyyatı zamanı daha 20 nəfərlə birlikdə saxlanılıb.
Mənbə :BBC News
Nigar Həsənzadə
