00:00:00
Yazar
Admin User
12.12.2025 16:30 110 2 dəq oxuma
Siyasət

“Münaqişələrin həllinə sadiqlik yüksək qiymətləndirilib”

“Münaqişələrin həllinə sadiqlik yüksək qiymətləndirilib”

 

Dövlət başçısı Trampın liderliyini qlobal sülhün təşviqinə xidmət edən nümunə adlandırıb və iki ölkə arasında davamlı dialoqun sülh və təhlükəsizliyə töhfə verəcəyinə inamını ifadə edib.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, Azərbaycan liderinin, ümumiyyətlə, bu məsələlərə münasibəti çox aydın və rasionaldır:

 

“Çünki faktiki olaraq bir xətti tutub sona qədər getmək bacarığı hər bir liderə, hər bir siyasi elitaya xas olan göstərici deyil, əksinə, çox nadir hallarda uzaqgörən, praqmatik hərəkət edən liderlər həmişə bir məramda olaraq bilirlər ki, birincisi, vacib məsələləri həll etməkdən ötrü ardıcıl addımlar lazımdır. Onlar kortəbii şəkildə yox, düşünülmüş tərzdə həllini tapmalıdır. Digər tərəfdən, əgər söhbət dialoqdan gedirsə, bu, davamlı olmalıdır. Çünki ünsiyyət əsnasında bəzi məqamlarda dəyişikliklər baş verir, sonra məsələlərə yan təsirlər müdaxilə edir və onların hamısından sığortalanmaqdan ötrü, prosesləri aydın şəkildə həm təsvir etmək, həm də onlarla bağlı müzakirələr aparmaq vacib əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan özü həmişə çox pozitiv nümunələr nümayiş etdirir və yenə deyirəm, bu, bütün ölkələrə, onların rəhbərlərinə, siyasi iqtidarlarına xas göstərici deyil. Nadir hallarda Azərbaycan kimi ölkələr, birincisi, özlərinin sağlam ruhda olmalarını nümayiş etdirirlər. Çünki əgər problemlər varsa, onlar məşvərət yolu ilə, dialoq yolu ilə aradan qaldırılmalıdır və burada da əsas məsələ odur ki, tərəflər bir-birlərini eşitməyi bacarsınlar. Bir halda ki, bəzi dövlətlər, bəzi ölkələrin rəhbərləri, nümayəndələri dialoq yox, monoloqa üstünlük verirlər artıq orada proses başlamadan büdrəməyə başlayır “.

 

Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər