00:00:00
Yazar
Admin User
11.04.2023 09:21 303 2 dəq oxuma
Maraqlı

Mütəxəssisdən valideynlərə xəbərdarlıq

Mütəxəssisdən valideynlərə xəbərdarlıq
"Fibromiyalji səbəbi bilinməyən ümumi bir xroniki dayaq-hərəkət sistemi xəstəliyidir. Hər yaşda və cinsdə görünə bilər".
 
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu fikirləri professor Şafak Sahir Karamehmetoğlu deyib. Fizika Müalicə və Reabilitasiya mütəxəssisi professor Şafak Sahir Karamehmetoğlu xəstəliyin qadınlara nisbətdə uşaqlarda və kişilərdə daha az rast gəlindiyini ifadə etsə də bildirib ki, uşaqlarda nadir olsa da, hər yaşda görülə bilər. Daha çox yetkinlərdə müşahidə olunsa da, 5 yaşından əvvəlki qrupda və yeniyetməlik dövründə də rast gəlinən hallar var.
 
Xəstəliyin daha çox 40-60 yaş arası qadınlarda meydana gəldiyini ifadə edən Karamehmetoğlu "Ümumiyyətlə, bu xəstəlikcəmiyyətin təxminən beş faizində  görülür. Uşaqlarda bu nisbət bir faizə bərabərdir. Buna görə də uşaqlarda diaqnoz qoymaq çətinləşir" - deyə əlavə edib.
 
Həkim xəstəlik riskinin yaşla bərabər artdığını dilə gətirib.
 
Sözügedən xəstəliyin ən çox qadınlara təsir etdiyini bildirən Prof. Dr. Karamehmetoğlu fikirlərini belə davam etdirib: "Qadınlarda kişilərə nisbətən 10 dəfə daha çox rast gəlinir. Xəstələrin 85-90%-ni qadınlar təşkil edir. Eyni zamanda etnik mənşə, genetik meyl, sosial-mədəni xüsusiyyətlər, psixoloji status və cinsiyyət fibromiyaljinin yayılma nisbətinə böyük təsir göstərir".
 
Fibromiyalji xəstəliyində risk faktorlarına toxunan Karamehmetoğlu bu faktorları belə izah edib:
 
"Qadın olmaq", "Qabaqcıl Yaş" "Onurğanın fiziki travması" (nərdivandan düşmə, buz üzərində sürüşmə kimi), cərrahi müdaxilələr, yol qəzaları, keçmiş infeksiyalar (məsələn, Borrelia Burgdorferi, Parvovirus, Coxsakivirus, Epstein-Barr Virus-EBV, HCV, Hepatit B Virus-HBV, HIV, HTLV-1), uşaqlıq dövründə psixoloji və ya fiziki zorakılıq (valideynlərin boşanması, tərk edilmə, müharibə, zəlzələ, fəlakət və s.)"
 
Həkim həmçinin xəstəliyin daha ağır simptomlarını da açıqlayıb:
 
"Fibromiyalji xəstələri xroniki, geniş yayılmış bədən ağrısı, yorğunluq, yuxu pozğunluğu, narahat bağırsaq sindromu, əzələ zəifliyi, baş ağrısı, qarın ağrısı, uyuşma, sancılanma, başgicəllənmə və sidik kisəsi spazmı şikayətləri ilə gələ bilər. Ən çox görülən şikayət olan yuxu pozğunluğu xəstələrin təxminən 80 %-də müşahidə olunur. Böyüklərdən fərqli olaraq, fibromiyalji diaqnozu qoyulmuş uşaqlarda oynaqların zəifliyi və ya xoşxassəli birgə hipermobillik sindromu (SEHS) daha çox rast gəlinir".
 
Qeyd edək ki, bu xəstəliyə tibbi müalicə ilə yanaşı, fiziki müalicə də tətbiq oluna bilər. Xəstələr həyat tərzində dəyişiklik etməli ola bilərlər. Stressdən uzaq, sakit bir həyat sürmələri çox vacibdir. Uşaqlarda fibromiyaljinin müalicəsində psixososial dəstək, uyğun fiziki müalicə və oyun şəklində davamlı fəaliyyət çox faydalıdır. Xəstəliyə əlavə problemlər, əlaqədar şöbələrdən dəstək alınaraq multidisipliner şəkildə müalicə edilməlidir.
 
Gülay
#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər