00:00:00
Yazar
Admin User
21.05.2024 18:49 316 2 dəq oxuma
Dünya

Macarıstan Çinin yeni dostu kimi tanınıb

Macarıstan Çinin yeni dostu kimi tanınıb

Çin Macarıstanı özünün yeni dostu kimi tanıyıb. Bu barədə Financial Times (FT) məlumat yayıb.

 

 Jurnalistlərin fikrincə, iki dövlət arasında münasibətlər Çin sədri Si Cinpinin Budapeştə səfərindən sonra yeni səviyyəyə yüksəlib. Çin lideri Macarıstan hakimiyyətini müstəqil xarici siyasətinə və digər güclərə qarşı çıxmasına görə tərifləyib. Berlində yerləşən Merics analitik mərkəzinin nümayəndəsi Abigael Vasselier qeyd edib ki, “Beləliklə, Macarıstan Çinin ən yaxın “dostları” dairəsinə daxil olub.

 

 Materialda deyilib ki, Çinlə sıx tərəfdaşlıq öz bəhrəsini verib. Çin şirkətləri artıq Macarıstan iqtisadiyyatına 16 milyard avro sərmayə qoyublar. Macarıstanın xarici işlər naziri Peter Szijyarto deyib: “Biz Çinlə əməkdaşlığımızı böyük şans və fürsət kimi görürük”.

 

 FT yazır ki, Si Cinpin Budapeştə dünyada yeni nizamın təşkili layihəsinin iştirakçısı kimi baxıb. Söhbət davamlı qlobal iqtisadiyyatın yaradılması və ABŞ-a qarşı mübarizədən gedir. Çin lideri Avropa İttifaqının (Aİ) mərkəzində yerləşən, Çin korporasiyaları üçün istehsal bazası rolunu oynaya bilən və sanksiyalardan yan keçməyə kömək edə bilən Macarıstanın cəlbediciliyini də qiymətləndirir. Həmçinin deyilir ki, Pekin üçün Macarıstan Rusiya və Pakistanla münasibətlərdən başqa “əsas dost”a çevrilib.

 

 Bundan əvvəl Pentaqonun keçmiş müşaviri Duqlas Makqreqor Çin prezidenti Si Cinpinin niyə bir sıra Avropa ölkələrinə səfər etdiyini irəli sürüb. Onun fikrincə, Çin lideri guya NATO-nu parçalamaq məqsədi ilə gəlib.

 

Mənbə: Lenta.ru

Tərcümə etdi: Banuçiçək Kalbalıyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər