00:00:00
Yazar
Admin User
12.11.2025 05:46 100 1 dəq oxuma
Dünya

Macarıstan Paks Atom Elektrik Stansiyasında yeni enerji blokunun tikintisinə başlayır

Macarıstan Paks Atom Elektrik Stansiyasında yeni enerji blokunun tikintisinə başlayır

Macarıstan Milli Atom Enerjisi İdarəsi Paks Atom Elektrik Stansiyasının 5-ci enerji blokunun meydançasında tikinti işlərinə başlayır.

 

"İnformator.az" Macarıstanın MTI xəbər agentliyinə istinadən xəbər verir ki, birbaşa tikinti işləri gələn ilin fevral ayında başlayacaq.

 

“Rosatom” vurğulayıb ki, alınan icazələr layihənin beynəlxalq, Avropa və milli nüvə təhlükəsizliyi standartlarına tam uyğundur.

 

Paks II Avropa İttifaqı ərazisində Rusiya tərəfindən hazırlanmış müasir VVER-1200 reaktorlarından istifadə edən ilk obyekt olacaq. Podratçı Macarıstan şirkətlərinin layihədəki payının 40 faizə çata biləcəyini təxmin edir. Əməkdaşlığa isə Avropa, Asiya və ABŞ-dan olan podratçılar da cəlb olunub.

 

Yeni enerji blokunun istismar müddəti 60 il müddətinə nəzərdə tutulub və daha 20 il artırıla bilər.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər