00:00:00
Yazar
Admin User
05.11.2025 17:23 95 1 dəq oxuma
Siyasət

Macarıstan Ukraynanın Avropa Birliyinə üzvlüyünə qarşı çıxıb

Macarıstan Ukraynanın Avropa Birliyinə üzvlüyünə qarşı çıxıb

Macarıstan hökuməti Ukraynanın Avropa Birliyinə (AB) üzv olmasına razılıq verməyəcəyini bəyan edib,bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto açıqlama verib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Araz Xan bildirib ki, Orban hökuməti ilə Brüssel arasında ciddi fikir ayrılığı yoxdur:

 

"Əvvəlcə bir suala cavab tapaq: Avropa İttifaqı həqiqətənmi Ukrayna hesabına genişlənmək istəyir? Əlbəttə ki, indiki şəraitdə yox. Bu, Ukraynanın Rusiya ilə müharibədəki bütün yükünü öz üzərinə götürmək demək olardı. Təbii ki, İttifaq ölkələri bunu istəmir. Lakin bu barədə açıq danışan yalnız Macarıstandır. Bu vəziyyət əslində bütün Avropa İttifaqı ölkələrinin ürəyincədir. Onlar sadəcə susaraq Kiyevə və bütün dünyaya göstərirlər ki, guya Macarıstan veto qoymasa, Ukraynanı İttifaqa qəbul etməyə hazır idilər.Tutaq ki, Macarıstan fikrini dəyişdi və Ukraynanın ittifaqa qəbuluna razılıq verdi. Bu halda həmin funksiyanı başqa bir İttifaq ölkəsi öz üzərinə götürəcək və prosesi yenə uzadacaq.Yəni, əslində Orban hökuməti ilə Brüssel arasında ciddi fikir ayrılığı yoxdur. Sadəcə, prosesdə oynadıqları rollar fərqlidir: Brüssel özünü “mələk” kimi göstərməyə çalışır, Budapeşt isə “müxalif” rolunda çıxış edir".


Qəmər Kazımzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər