00:00:00
Yazar
Hüseynova Mələk
15.10.2026 19:18 26 2 dəq oxuma
Dünya

Macarıstan və Ukrayna münasibətlərində yeni səhifə

Macarıstan və Ukrayna münasibətlərində yeni səhifə

Ukrayna və Macarıstan münasibətlərində yeni mərhələnin əsası qoyulur: Macarıstanın Baş naziri Peter Magyar bu həftə Ukrayna Prezidenti Volodimir Zelenski ilə ilk rəsmi ikitərəfli görüşünü keçirməyi planlaşdırır. 

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Züriyyə Qarayeva bildirib ki, Macarıstanın Baş naziri Peter Magyarın Ukrayna Prezidenti Volodimir Zelenski ilə oktyabrın 16-da Brüsseldə keçirməyi planlaşdırdığı ilk rəsmi ikitərəfli görüş iki ölkə arasında uzun müddətdir davam edən siyasi gərginliyin azaldılması baxımından mühüm əhəmiyyət daşıyır:

 

"Viktor Orbanın hakimiyyəti dövründə Macarıstanın Ukraynanın Avropa İttifaqına inteqrasiyası ilə bağlı qərarlara dəfələrlə mane olması münasibətlərdə ciddi etimadsızlıq yaradıb. Artıq müəyyən müsbət dəyişikliklər müşahidə olunur. Oktyabrın 12-də Ukrayna parlamentinin milli azlıqların hüquqları ilə bağlı qanunvericiliyə dəyişiklik etməsi, Macarıstanın vetosunu götürməsi və Avropa İttifaqının Ukrayna ilə iki əlavə danışıqlar klasterinin açılmasına razılıq verməsi tərəflərin kompromisə hazır olduğunu göstərir. Görüş nəticəsində bütün problemlərin həllini gözləmək düzgün olmayıb".

 

Politoloq qeyd edir ki, digər mühüm məsələ enerji təhlükəsizliyidir. Macarıstanın Rusiya enerji resurslarından asılılığı, xüsusilə, Ukrayna ərazisindən keçən “Drujba” neft kəmərinin fəaliyyəti iki ölkə arasında zaman-zaman ciddi fikir ayrılıqlarına səbəb olub:

 

Budapeşt enerji təchizatının sabitliyini özünün iqtisadi təhlükəsizliyi baxımından prioritet hesab edir. Kiyev müharibə şəraitində enerji infrastrukturunun təhlükəsizliyini və Avropa ilə əməkdaşlığın davam etdirilməsini ön plana çıxarır. Bu səbəbdən görüşdə enerji tranziti, təchizatın təhlükəsizliyi, milli azlıqların hüquqları və Ukraynanın Avropaya inteqrasiyası kimi məsələlərin müzakirəsi gözlənilə bilər. Əgər bu görüşdən sonra siyasi məsləhətləşmələr davam etdirilərsə və konkret əməkdaşlıq mexanizmləri formalaşdırılarsa, Macarıstan-Ukrayna münasibətlərində daha sabit və praqmatik mərhələnin əsası qoyula bilər”.

 

Xədicə İsmayılova

 

#Macarıstan #Ukrayna #münasibət
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər