Madagaskarda prezident...
Madagaskar Prezidenti Andry Rajoelina ölkədə baş qaldıran Gen Z nəsli etirazları nəticəsində ölkən tərk etmək məcburiyyətində qalıb. Etirazlar sentyabrın 25-də başlayaraq sürətlə genişlənib və ölkənin bir neçə böyük şəhərində zorakılıq və qarşıdurmalarla müşayiət olunub. Nəticədə ən azı 22 nəfər həyatını itirib, çox sayda insan yaralanıb və ətraf ərazilərdə ciddi maddi ziyan yaranıb.
Rajoelina prezident iqamətgahını tərk edərək Fransaya aid hərbi təyyarə ilə ölkəni tərk edib. Ölkədəki siyasi gərginlik və etirazlar, xüsusilə gənc nəsil arasında yayılan narazılıq və iqtisadi çətinliklərin fonunda baş verib. Analitiklər bu hadisəni, dünya üzrə Gen Z nəsli arasında sosial və siyasi narazılıqların artmasının bir nümunəsi kimi qiymətləndirirlər.
Hökumət rəsmiləri və beynəlxalq müşahidəçilər vəziyyəti diqqətlə izləyir və hadisələrin sakitləşdirilməsi üçün diplomatik yollar axtarır.
Reuters
Ədilə Hüseynzadə