00:00:00
Yazar
Admin User
23.09.2025 02:58 110 1 dəq oxuma
Siyasət

Maduro ABŞ-yə cavab verib

Maduro ABŞ-yə cavab verib

Venesuela xalqı ABŞ-nin təhdidləri qarşısında birdir və öz ölkəsinin suverenliyini müdafiə etməyə hazırdır, bunu Prezident Nikolas Maduro deyib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Araz Xan bildirib ki, ABŞ–Venesuela gərginliyi təkcə iki ölkə ilə məhdudlaşmır, bütün Latın Amerikası üçün təhlükəsizlik problemi yaradır:

 

"Prezident Nikolas Maduronun çağırışı siyasi baxımdan mühüm jest sayıla bilər, lakin onun əməli gücə çevrilməsi üçün həm daxili islahatlar, həm də geniş beynəlxalq dəstək zəruridir. Əks halda bu çıxış daha çox daxili auditoriyaya hesablanmış simvolik və müdafiə xarakterli ritorika kimi qalacaq. Maduronun ABŞ-nin “neokolonializminə” qarşı səsləndirdiyi mesajlar ölkə daxilində təsirli ola bilər və bu yolla xalq dəstəyini qazanması mümkündür. Ancaq bu, real olaraq iqtisadi və hərbi balansı dəyişmir. Sanksiyaların qismən yumşaldılmasına baxmayaraq, Venesuela iqtisadiyyatı hələ də dollar çatışmazlığı, yüksək inflyasiya və neft hasilatında azalma kimi ciddi problemlərlə üz-üzədir.Beynəlxalq dəstəyə gəldikdə, Çin, Rusiya və İran kimi ölkələr siyasi mövqedə müəyyən dəstək göstərsələr də, bu, məhdud xarakter daşıyır. Qərb dövlətləri və regionun əsas ölkələri isə Maduro ilə məsafəli münasibət saxlayır. Bütün bunlar nəzərə alındıqda, Maduronun çağırışı siyasi mesaj baxımından güclü görünsə də, praktiki nəticələr üçün kifayət deyil".


Qəmər Kazımzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər