Magyar və Rudevin qalib gəlməsi... - Kremldən açıqlama
Bolqarıstandakı parlament seçkilərinin nəticələri və Macarıstanın yeni Baş naziri Peter Magyarın müsbət açıqlamaları nəzərə alınmaqla, Avropa iqliminin Rusiyanın xeyrinə dəyişib-dəyişməyəcəyi barədə nəticə çıxarmaq hələ tezdir.
"İnformator.az" xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Qeyd edək ki, Bolqarıstanda keçmiş prezident Rumen Radevin rəhbərlik etdiyi “Mütərəqqi Bolqarıstan” koalisiyası növbədənkənar parlament seçkilərində qalib gəlib. Radev Ukraynanın Rusiyadan müdafiə olunmasına hərbi dəstək verilməsinə qarşı çıxır.
Magyar isə qərbyönlü siyasətçi kimi tanınır.