00:00:00
Yazar
Admin User
17.05.2025 16:42 222 1 dəq oxuma
Siyasət

Mahmud Abbas HƏMAS-ı silahları təhvil verməyə çağırıb

Mahmud Abbas HƏMAS-ı silahları təhvil verməyə çağırıb

 

Fələstin prezidenti Mahmud Abbas HƏMAS-ı Qəzza zolağına nəzarətdən əl çəkməyə və silahlarını təhvil verməyə çağırıb.

 

"İnformator.az" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Fələstin prezidenti İraqın paytaxtı Bağdadda keçirilən Ərəb Dövlətləri Liqasının 34-cü sammitində bildirib.

 

"Biz Qəzza zolağının yenidən qurulması planının maliyyələşdirilməsi və həyata keçirilməsi məqsədi ilə Qahirədə beynəlxalq konfrans keçirməyə dəvət edirik", - Abbas bildirib.

 

Fələstin prezidenti "ərəb planı" çərçivəsində bütün məhbusların azad edilməsini və Qəzzada uzunmüddətli atəşkəsin əldə olunmasını, həmçinin bölgəyə humanitar yardımın bərpasını istəyib.

 

Abbas, həmçinin İordan çayının Qərb sahilində və Qüdsdə islahatlar və inkişaf proqramları üçün investisiya ayırmağa çağırıb.

 

"Biz vahid sistem, vahid qanun və vahid ordu istəyirik. Gələn il İordan çayının Qərb sahilində, Qəzzada və Qüdsdə lazımi şərtlər yerinə yetirilən kimi prezident və parlament seçkisini keçirməyə hazırıq. Biz dövlət institutlarında islahatlara davam edəcəyik", - deyə o, sözlərini yekunlaşdırıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər