Makron bu dəfə dolları hədəf aldı: "Asılılığını azaltmalıyıq"
İnformator.az "Euronews"a istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron Avropanın dollardan asılılığını azaltmalı olduğu fikrini ifadə edib.
Makron qeyd edib ki, Avropa “ABŞ-ın davamçısı” olmaq üçün təzyiqlərə müqavimət göstərməlidir. O, eyni zamanda bildirib ki, Avropanın üz-üzə qaldığı ən böyük risklərdən biri özündən qaynaqlanmayan böhranlara qapılmaqdır.
Çin səfərindən sonra təyyarədə jurnalistlərin suallarını cavablandıran Makron ABŞ-Avropa münasibətləri ilə bağlı mühüm mesajlar verib.
Tayvan probleminə də toxunan Makron Avropanın Çin və ABŞ arasında yaranan gərginlikdə tərəf olmaqdan çəkinməli olduğunu qeyd edib.
Avropanın strateji müstəqilliyinin vacibliyinə işarə edən Makron Fransanın rəhbərliyi ilə Avropanın üçüncü fövqəldövlət olmasının vacibliyini də vurğulayıb.
AB-nin xarici siyasətdə ABŞ-ın davamçısı kimi görünməsinin mənfi cəhətlərinə işarə edən Makron Tayvanı belə nümunə göstərib: “Avropalıların cavab verməli olduğu sual budur. Tayvanda böhranı artırmaq bizim xeyrimizədirmi? Xeyr. Ən pisi də biz avropalıların bu məsələnin izləyicisi olmağımız və qərarlarımızı Çinin ABŞ-a göstərəcəyi reaksiyaya uyğun müəyyənləşdirməyimiz ola bilər".
Makron Avropanın silah və enerji sahəsində də ABŞ-dan asılılığının artmasından şikayətlənib və köhnə qitənin müdafiə sənayesini gücləndirməli olduğu fikrini bildirib.
"ABŞ dollarından asılılıqdan narahatlığını ifadə edən Makron Avropanın bu məsələyə diqqət etməli olduğunu bildirib: “İki super güc arasında gərginlik artarsa strateji muxtariyyətimizi maliyyələşdirmək üçün vaxt və resurslarımız olmayacaq, başqalarından asılı olacağıq"- deyə Makron əlavə edib.
Fatima Mustafayeva
