00:00:00
Yazar
Admin User
26.08.2024 18:02 393 1 dəq oxuma
Dünya

Makron Durov ikiüzlülükdə ittiham olunub

Makron Durov ikiüzlülükdə ittiham olunub

Fransa prezidentinin Telegram messencerinin təsisçisi Pavel Durovun həbsi ilə bağlı açıqlaması ikiüzlüdür. 

"İnformator.az" xəbər verir ki, bu barədə Fransanın sağçı “Qalx, Fransa” partiyasının rəhbəri Nikola Düpon-Aignan sosial şəbəkədəki X hesabında (keçmiş Twitter) məlumat verib.

“Bu nə ikiüzlülükdür!  Makron prezident seçildiyi gündən bizim ictimai azadlıqlarımıza qəsd edir və həmçinin Avropa İttifaqı ilə birlikdə azad ruhluları sıxışdırmaq istəyir”, - nəşr qeyd edir.

Bundan əlavə, Dupon-Aignan öz tamaşaçılarını Fransa liderinin “bu cür hərəkətlərinə müqavimət göstərməyə” çağırıb.

Qeyd edək ki, bundan əvvəl Makron Durovun həbsinin siyasi qərar olmadığını bildirib. O, Telegram-ın təsisçisinin həbsi ilə bağlı yekun qərarın “qanun və hakimlərin ixtiyarında qalacağını” vurğulayıb.

Banuçiçək Kalbalıyeva 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər