00:00:00
Yazar
Admin User
20.10.2025 15:23 137 1 dəq oxuma
Dünya

Makron "İstəklilər koalisiyası"nın Ukrayna üzrə görüşünün vaxtını açıqlayıb

Makron "İstəklilər koalisiyası"nın Ukrayna üzrə görüşünün vaxtını açıqlayıb

"İstəklilər koalisiyası"nın Ukraynaya yardımla bağlı görüşü oktyabrın 24-də Londonda keçiriləcək.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Aralıq dənizi Qrupu liderlərinin Sloveniyada keçirilən mətbuat konfransında bildirib.

 

"Cümə günü "istəklilər koalisiyası"nın görüşü olacaq. İclas qismən fiziki iştirak, qismən də videokonfrans vasitəsilə qoşulma ilə baş tutacaq. Bəzilərimiz Londonda toplaşacağıq", - çıxışı Yelisey Sarayının "X" sosial şəbəkəsindəki səhifəsində yayımlanan Fransa lideri deyib.

 

Makronun sözlərinə görə, görüşdə Ukrayna lideri Volodimir Zelenski də iştirak edəcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər