Makron NATO sammitindən sonra MAQATE rəhbəri ilə görüşüb
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi Parisə səfər edib. O, Fransa prezidenti Emmanuel Makronla Yelisey sarayında qapalı qapılar arxasında görüş keçirib. Qrossi və Makron mətbuat nümayəndələri ilə ünsiyyət qurmayıblar.
Görüş Fransa prezidentinin bu il Haaqada keçirilən NATO sammitindən qayıtdıqdan sonra baş tutub. Alyansa üzv 32 ölkənin rəhbərləri müdafiə xərclərinin ÜDM-in 2%-dən 2035-ci ilə qədər 5%-ə çatdırılması təklifini qəbul ediblər.
Sammit qlobal böhran fonunda keçirilib: artıq üç ildən çoxdur ki, Rusiya Ukraynaya genişmiqyaslı müdaxiləsini davam etdirir, Yaxın Şərqdə isə gərginlik artmaqda davam edir.
Sammitdən cəmi bir neçə gün əvvəl ABŞ prezidenti Donald Tramp İsrail və İran arasında atəşkəsin əldə olunduğunu elan edib. Bu, 12 gün davam edən transsərhəd hava hücumlarının sonu demək olub. İsrail müharibəyə qəfil hücumla başlayaraq əməliyyatını “Üsyan etmiş şir” adlandırıb. İsraillilər bir sıra İran hərbi obyektlərinə zərbələr endirib, əsas məqsəd isə ölkənin nüvə proqramını məhv etmək olub.
Euronews
Fatimə Heydərova