00:00:00
Yazar
Admin User
03.03.2025 17:18 246 1 dəq oxuma
Siyasət

Makron Ukraynada bir aylıq atəşkəs təklif edir

Makron Ukraynada bir aylıq atəşkəs təklif edir

Fransa Prezidenti Emmanuel Makron İngiltərənin Baş naziri Keir Starmer ilə Ukraynada hava, dəniz və enerji infrastrukturlarına hücumları əhatə edən bir aylıq atəşkəs təklif etdiyini açıqlayıb.

 

Fransa Prezidenti Emmanuel Makron dünən Londonun ev sahibliyi etdiyi liderlər zirvəsinə qatılıb. Fransa mətbuatına açıqlama verən Makron Ukraynada əldə olunacaq sülhdə Avropa qitəsinin söz sahibi olmasını və danışıqlarda Vaşinqton-Moskva xəttindən geri qalmamasını istədiyini bildirib.

 

Ukraynada Amerika ilə Rusiya arasında imzalanacaq atəşkəs razılaşmasının Rusiya tərəfindən qorunacağına inanmadığını ifadə edən Makron, Rusiyanın mümkün atəşkəsdə hərəkətlərini izləmək üçün İngiltərə Baş naziri Starmerlə birlikdə Ukraynada hava və dəniz hücumları və enerji infrastrukturlarına hücumları əhatə edən bir aylıq atəşkəs təklif etdiyini ifadə etdi.

 

Mənbə: CNN Türk

Kəmalə Vəliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər