Makronun Putinin xatırlatmasına cavabı
Rusiya prezidenti Putinin Moskva ekspedisiyasında Napoleonun məğlubiyyətini xatırlatması ilə bağlı Fransa prezidenti Emmanuel Makron deyib:
"Hesab edirəm ki, o, tarixi səhv şərh edir və bu, məni təəccübləndirir. Napoleon fəthlər etdi, amma bu gün Avropada gördüyüm yeganə imperialist güc Rusiyadır. O, tarixə revizionist və imperialist prizmadan yanaşan liderdir".
Makron, "Ukraynada nə olursa olsun, təhlükəni nəzərə alaraq, müdafiə gücümüzü artırmalıyıq. Önümüzdəki bir neçə ildə avropalılar üçün müstəqil müdafiə imkanları yaratmalıyıq",-dedi.
Sammitdə prioritet sahələrin müəyyən edildiyini xatırladan Makron, "Bunlar bizim ya asılılığımız olan, ya da Avropa və qeyri-Avropa həlləri arasında rəqabətin olduğu sahələrdir. Hava hücumundan müdafiə və raket əleyhinə müdafiə, dərin hücum qabiliyyəti də daxil olmaqla artilleriya sistemləri, raketlər və sursatlar, İHA və anti-İHA sistemləri, o cümlədən kritik kosmos və strateji strukturları təmin edir",-dedi.
Mənbə: a haber
Nərmin Həşimova