Malavi vitse-prezidenti Çilima təyyarə qəzasında dünyasını dəyişib
Malavi vitse-prezidenti Çilima təyyarə qəzasında həyatını itirib. Bildirilib ki, Malavi vitse-prezidenti Saulos Klaus Çilima və onunla birlikdə olan 9 nəfər təyyarə qəzasında həlak olub.
Digər tərəfdən sosial şəbəkədə qəzaya uğrayan təyyarənin fotoları paylaşılıb.
Paytaxt Lilonqvedən Mzuzu şəhərinə uçan təyyarə dünən axşam saatlarında radarlardan itib.
Malavi prezidenti Lazarus Çakvera təyyarənin pis hava şəraiti və zəif görmə səbəbindən Mzuzu hava limanına enə bilməyəcəyini və bir müddət sonra radarlardan itdiyini açıqlayıb.
Axtarış tədbirləri nəticəsində itən təyyarənin qalıqları Mzuzun cənubundakı Çikanqava meşəsində tapılıb.
Mənbə: Haber Türk
Tərcümə etdi: Aysel Ağakərimova
