Maliyyə Nazirliyi növbəti dəfə depozit hərracı keçirib
Sentyabrın 19-da Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracı təşkil edilib.
Mövzu ilə əlaqədar İqtisadi ekspert Natiq Cəfərli “İnformator.az” a açıqlamasında bildirib ki, Maliyyə Nazirliyinin əsas funksiyası dövlət vəsaitinin effektiv idarə edilməsidir və son aylarda son bir ildə yenilik ondan ibarətdir ki,Maliyyə Nazirliyi əlavə qalan vəsaiti yəni əlində olan vəsaiti qısa müddətli depozitlərə yerləşdirir:
“Burada problem ondan ibarətdir ki, bu depozitləri ancaq böyük banklara yerləşdirirlər. Bu da bank səviyyəsində disbalans yaradır,rəqabətə ciddi mənfi təsir göstərir. Cəmi 4-5 banka yerləşdirilir, böyük banklara yerləşdirilir. Kiçik və orta banklar bundan əziyyət çəkir, bu fürsətdən istifadə edə bilmirlər. Bundan başqa Maliyyə Nazirliyi yaxşısı artıq bu depozitlərdən gələn gəlirlərin həcmini də ayrı-ayrılıqda hesablasın və açıqlasın ki, həmin gəlirlərin hara xərcləndiyi haqqında da məlumat versin.Yəni, bu büdcə vəsaitidirsə, hamımızı maraqlandırır, vətəndaşların vergiləri hesabına formalaşan büdcədən söhbət gedir. Ona görə də, bu yenilikdir, yeni bir yanaşmadır bu dövlət vəsaitinin effektiv idarə olunması üçün edildiyi söylənilir. Dediyim kimi, bank sektorunda rəqabətli mühitə ziyan vurur. Kiçik banklar, orta banklar bu böyük banklar qarşısında zatən rəqabətdə uduzurlar.Bu yanaşma ilə daha da geri düşürlər”.
Səadət Əlizadə