00:00:00
Yazar
Admin User
08.05.2024 19:17 438 1 dəq oxuma
Dünya

Maraqlı məlumatlar açıqlandı: Son 43 ilin ən isti aprel ayı yaşandı

Maraqlı məlumatlar açıqlandı: Son 43 ilin ən isti aprel ayı yaşandı

İndoneziya son 43 ilin ən isti aprelini yaşadı.

İndoneziyada son 43 ilin ən isti apreli olduğu, keçən ay orta temperaturun 27,7 dərəcə olduğu açıqlanıb.

 

“The Jakarta Post” qəzetinin xəbərinə görə, İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyinin (BMKG) verdiyi açıqlamada ölkədə aprel ayında orta hava istiliyində son 43 illə müqayisədə artım olduğu bildirilib.

 

Açıqlamada 2024-cü ilin aprelinin 1981-ci ildən bəri ən isti aprel ayı kimi qeydə alındığı vurğulanıb.

Açıqlamada bildirilib ki, aprel ayında havanın orta temperaturu 1991-2020-ci illərdə 26,9 dərəcə olub, bu il isə temperatur 27,7 dərəcəyə yüksəlib.

 

Asiman Hafizqızı

Mənbə: Haber Global

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər