00:00:00
Yazar
Vüqar Alışov
05.03.2026 15:34 107 1 dəq oxuma
Siyasət

“Maraqlıdır, İran dronları sərhədi maneəsiz necə keçdi?” - ŞƏRH

“Maraqlıdır, İran dronları sərhədi maneəsiz necə keçdi?” - ŞƏRH

“İran elə bir dövlətdir ki, ondan hər cür addım gözləmək mümkündür. Lakin burada başqa bir ciddi sual da ortaya çıxır. Azərbaycan hava hücumundan müdafiə qüvvələri bu dronların qarşısını niyə almadı ?”

 

İranın Azərbaycana hədəf alması ilə bağlı Hərbi-siyasi ekspert Telman Qasımov “İnformator.az”a açıqlma verib:

 

“Bir neçə pilotsuz uçuş aparatı ölkənin hava məkanına necə daxil oldu? Daha da önəmlisi, Naxçıvana qədər gələn bu dronlar niyə vaxtında zərərsizləşdirilmədi? Məlumdur ki, regionda onsuz da gərgin vəziyyət hökm sürür. Belə bir dövrdə müdafiə sistemində hər hansı boşluğun yaranması daha ağır nəticələrə səbəb ola bilərdi. Xoşbəxtlikdən hadisə daha böyük fəsadlarla nəticələnmədi, lakin bu fakt özü ciddi suallar doğurur. İranın atdığı bu addımı təsadüf kimi qiymətləndirmək çətindir. Xatırlayırsınızsa, Tehran ərəb ölkələrinə zərbələr endirərkən bunu ABŞ hərbi bazalarını hədəfə almaqla əsaslandırmağa çalışırdı. Bəs Azərbaycana qarşı hansı bəhanəni irəli sürəcək?

Görünən odur ki, İran bu addımı düşünülmüş şəkildə, bölgədə gərginliyi artırmaq və müəyyən xaos yaratmaq məqsədilə atıb. Belə bir vəziyyətdə rəsmi Tehran Azərbaycandan dərhal üzr istəməlidir. Amma bu gün İranın siyasi qərarlarını kim və hansı məntiqlə verir, başa düşülmür”.

#Müharibə #Azərbaycan #İran #Naxçıvan #Dron
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər