00:00:00
Yazar
Zəhra Həsənova
22.06.2026 19:16 21 1 dəq oxuma
İdman

Martin Zlomisliç “Qarabağ”da: Yeni transfer nə vəd edir?

Martin Zlomisliç “Qarabağ”da: Yeni transfer nə vəd edir?

“Qarabağ” yay transfer pəncərəsində heyətini gücləndirməyə davam edir. Ağdam təmsilçisi son olaraq Bosniya və Herseqovinalı qapıçı Martin Zlomisliçi transfer edib. Klub bununla yay dönəmində beşinci keçidini rəsmiləşdirib. Yeni transferin komandaya hansı üstünlükləri verəcəyi, ümumilikdə transfer siyasətinin hansı istiqamətdə qurulduğu və növbəti addımların nədən ibarət olduğu maraq doğurur.


Mövzu ilə bağlı idman eksperti Ağa Dadaşzadə “İnformator.az”a açıqlamasında bildirib ki, perspektivli qapıçıdır, fiziki durumu yaxşıdır:

 

"Martin Zlomisliç çox yaxşı futbolçudur. Hava toplarında çox yaxşıdır, ayaqla oyunda bir az çatışmazlığı ola bilər. Amma düşünürəm ki, bu da zamanla düzələcək. Perspektivli qapıçıdır, fiziki durumu yaxşıdır, eyni zamanda milli komandada da çıxış edir. Hesab edirəm ki, Avropa təcrübəsinin olması avrokuboklarda bizə kömək edə bilər. Təbii ki, bunu zaman göstərəcək. Ümumilikdə isə transfer normaldır  həm qiymətinə, həm də ümumi keçid baxımından. Eyni zamanda klubun strategiyası da yəqin ki, komandanın komplekt formada tamamlanmasına yönəlib. Qarşıya müəyyən hədəflər qoyulub və onlara çatmaq üçün götür-qoy edilir, çatışmayan tərəflər üzərində işlənilir.
Təbii ki, oyunlar olmalıdır. Oyunlar olduqdan, komanda praktika yığdıqdan sonra əlavə söz demək daha doğru olar. Amma ümumilikdə işlər qaydasında gedir, yaxşı transferlər olub. İndi əsas məsələ maksimum oyun keçirib komandanın bir-birinə uyğunlaşdırılması prosesini həyata keçirməkdir".


Samirə Allahverdizadə

#transfer #zlomisliç #martin #“qarabağ”da:
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər